`Dağlıq Qarabağ bizim daxili işimizdir` - İlham Əliyev


18:41     09 Fevral 2017 prezident%20foto27.jpg

“Dekabr ayındakı növbəti təxribatın məqsədi aydın idi”.


Femida.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşündə deyib.

“Çünki keçən ilin aprel ayında erməni silahlı qüvvələri bizə qarşı silahlı təxribat göstərməyə cəhd ediblər. Ancaq bu təxribat nəticəsində özləri peşman oldular. Azərbaycan Ordusu onlara elə bir zərbə vurdu ki, bu günə qədər də özlərinə gələ bilmirlər. Aprel döyüşlərindən sonra nəinki Ermənistan ordusu, Ermənistan dövləti silkələndi, generallar paqonlarını, vəzifələrini itirdilər, Ermənistan cəmiyyətində təşviş hökm sürürdü və bu gün də davam edir”.

Ali Baş Komandan bildirib ki, Azərbaycan Ordusu, Azərbaycan dövləti işğal edilmiş torpaqların bir hissəsini işğalçılardan azad edib, indi o torpaqlarda bərpa işləri aparılır və Azərbaycan vətəndaşları o torpaqlara qayıdacaqlar:

“Ermənistan çox çalışdı ki, aprel döyüşlərindən sonra bu məsələyə beynəlxalq don geyindirsin. Çox çalışdı ki, Ermənistanın üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bu məsələ ilə bağlı mövqeyini bildirsin. Halbuki bunun üçün heç bir hüquqi əsas yoxdur. Biz öz torpağımızdayıq, bizim Ermənistan torpağına iddiamız yoxdur, baxmayaraq ki, hamımız yaxşı bilirik ki, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılmışdır. Ancaq biz öz torpağımızı heç kimə verən deyilik. Ona görə, aprel döyüşləri və təmas xəttində yaşanan gərginlik və toqquşma bizim daxili işimizdir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bütün dünya məhz Dağlıq Qarabağı belə tanıyır".

Femida.az

Açar sözlər:

Oxunub: 5671